Tessa Tompson

Tessa Tompson
ing. Tessa Thompson
Doğum tarixi 3 oktyabr 1983(1983-10-03) (40 yaş)
Doğum yeri
Vətəndaşlığı
Partnyoru
  • Janel Mone[d] (20152017)[1]
Fəaliyyəti aktrisa, teatr aktrisası, televiziya aktrisası, kino aktrisası, müğənni, bəstəkar
Fəaliyyət illəri 2002-ci ildən
Təhsili
IMDb ID1935086
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tessa Linn Tompson (ing. Tessa Lynn Thompson; 3 oktyabr 1983, Los-Anceles, Kaliforniya[3]) — ABŞ aktrisası və müğənnisi. Müxtəlif teatr tamaşaları, seriallar, filmlər və video kliplərdə yer alan aktrisa aktrisalıq fəaliyyətindən başqa mahnılar yazmış və bəstələmişdir. Profesional aktrisalığa 2002-ci ildə "Fırtına" adlı teatr tamaşası ilə başlayan Tompson bir il sonra yer aldığı "Romeo və Cüliyetta: Antebellum Yeni Orleans, 1836" tamaşasındakı roluna görə həmin il "NAACP Teatr mükafatı" tərəfindən "Ən yaxşı aktrisa" mükafatına layiq görüldü. Teatr karyerası ilə birlikdə 2005-ci ildə "Soyuq qala" serialı ilə ilk dəfə ekranda göründü və növbəti il "Naməlum şəxs zəng edəndə" filmi ilə kino sahəsində yer aldı.

Tompson rejissor Tina Mabrinin çəkdiyi 2009-cu il istehsalı "Mississippi Damned" ilə ABŞ Qara Film Festivalı tərəfindən "Ən yaxşı aktyor" seçilərək kino sahəsində ilk mükafatını əldə etdi. Mülki vətəndaşlar aktivisti Diana Naşı canlandırdığı Martin Lüter Kinq haqqındakı bioqrafiya filmi "Selma" ilə dünya üzrə məşhurlaşdı və Hamptons Beynəlxalq Film Festivalında "Debüt performans" mükafatını qazandı. Növbəti il baş rolda yer aldığı "Krid" filmindəki çıxışına görə də iki mükafat qazandı. "Krid 2"dən sonra Marvel Kinematoqrafiya Kainatına keçid edən Tompson "Tor: Raqnarök", "Qisasçılar: Sonsuzluq savaşı" və "Qisasçılar: Final" filmlərində Valkiriya personajını canlandırdı. 2019-cu ildə buraxılan "Qara geyimli adamlar: Beynəlxalq" filmində isə baş rol Agent M obrazını canlandırdı.

Tompson "Mis", "Gizli palmalar", "Veronika Mars" və "Qərb dünyası" kimi seriallarda baş rolda, "Qrey anatomiyası" və "Qəhrəmanlar" kimi müxtəlif seriallarda isə ikinci plan ya da qonaq aktrisa olaraq yer aldı. Musiqi ilə də maraqlanan aktrisa prodüser Mozes Samni ilə birlikdə "Krid" və "Krid 2"nin musiqi albomuna öz töhfələrini vermişdir.

  1. 1 2 https://hollywoodlife.com/feature/janelle-monae-dating-history-5015831/.
  2. 1 2 3 4 Tessa Thompson Returns to Shakespeare as Rosalind. LA STAGE Alliance, 2012.
  3. 1 2 http://www.nytimes.com/2014/09/07/movies/fall-arts-preview-teyonah-parris-katherine-waterston-and-others-break-through.html.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search